“Cari ildə əsas məqsədimiz ərazimizdə uşaq bağçasının tikintisini həyata keçirməkdir. Seçicilərimizin əsas problemlərinin həll etdikdən sonra özümüzə inzibati binada inşa edəcəyik.”- bu sözləri Belediyye.info saytının əməkdaşıyla söhbətində Ağdam rayon Üçoğlan bələdiyyəsinin sədri Həsrət Səfərov bildirib.
Cari ilin əvvəlində Ağdam rayon icra hakimiyyətinin başçıcı Raqub Məmmədovun təşəbbüsü və təşkilatçılığı ilə alınan min ədəd “Eldar şamı” və "Küknar" ağacları yeni salınan Alıbəyli-Üçoğlan-Xındırıstan-Quzanlı asfalt yolunun kənarında əkilərək bələdiyyə üzvləri tərəfindən xidmət götərilir. Hazırda əkilən ağacların hər biri bitiş alıb.
Maliyyə gəlirlərinə toxunan sədr ötən il ərzində büdcəyə on altı min manat vəsait cəlb etdiklərini bildirib. əldə olunan gəlirlər hesabına ötən il bələdiyyəni əhatə edən Orta Qışlaq və Ballar kəndində tibb məntəqəsi üçün inzibati bina istifadəyə verilib. Hər biri yüz kv.m.-dən artıq olan binalara 18000 manata yaxın bələdiyyə vəsaiti ayrılmışdır.
Alıbəyli və Üçoğlan kəndinin ərazisində Üçoğlan, Orta Qışlaq, Yusifli, Baharlı, Ballar, Alıbəyli, Böyükbəyli və Kiçikli kəndləri daxildir. Alıbyli kənd bələdiyyəsinin ərasinə Alıbəyli Böyükbəyli və Kiçikli, on bir üzvü olan Üçoğlan bələdiyyəsinə isə Üçoğlan, Orta Qışlaq, Yusifli, Baharlı, Ballar kəndləri daxildir. Hazırda bələdiyyəsinin ərazisində 420 təsərrüfat vardır.
Qeyd edək, regionda tanınan “Eşq Avdal” ziyarətgahı da bu bələdiyyənin ərazisindədir. H.Səfərovun sözlərinə görə, bələdiyyənin maliyyə vəziyyəti imkan verdikcə ziyarətə gələn yolu da abadlaşdıracayıq.
Belediyye.info